MƏDƏNİYYƏT


Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirak edir

Noyabrın 25-dək Bakıda Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Budəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaq.