MƏDƏNİYYƏT


Avstriyada açılan beynəlxalq festival-bazarda milli mətbəx nümunələrimiz təqdim olunub

Müxtəlif ölkələrin ləziz xörəklərinin dadına baxmaq, milli suvenirlər almaq və folklor qruplarının rəqs və musiqi proqramını seyr etmək istəyənlər hər il Milad bayramı öncəsi Vyana Beynəlxalq Bazarını səbrsizliklə gözləyirlər. Bazarda əldə olunan bütün vəsaitlər isə xeyriyyə layihələrinə sərf olunur.
AZƏRTAC xəbər verir ki, noyabrın 23-də Vyanada “Austria Center Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) təşkilatçılığı ilə növbəti “Beynəlxalq Festival-Bazar” xeyriyyə tədbiri keçirilib. Konqres mərkəzinin iki mərtəbəsində keçirilən bazar milli suvenirlər və milli mətbəx olmaqla iki böyük hissəyə ayrılıb.