MƏDƏNİYYƏT


Macarıstandakı diplomatik xeyriyyə bazarında ölkəmiz də təmsil edilib

Ölkəmizin Macarıstandakı səfirliyi Budapeşt şəhərində yerləşən “İntercontinental” otelində təşkil olunmuş sayca doqquzuncu diplomatik xeyriyyə bazarında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Macarıstan ictimaiyyətinin böyük maraq göstərdiyi və ənənəvi olaraq ölkə Prezidentinin xanımı Anita Herseqin himayədarlığı altında keçirilən builki tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib.