MƏDƏNİYYƏT


Parisdə azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsert olub

Azərbaycan Bəstəkarlar İttifaqının tərəfdaşlığı ilə Parisdə fəaliyyət göstərən “Dimitri Şostakoviç” adına müasir musiqi mərkəzində təşkil olunan konsertdə Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadənin əsərləri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, Xalq artisti, UNESKO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş Firəngiz Əlizadə piano üçün musiqi əsərini səsləndirərək konserti açıb.