Azərbaycan Dövlət İnformasiya Agentliyi

Romada Azərbaycan Mətbəxi Festivalı

28.11.2019 [12:39]

Xəbərin mətni

Romanın “Westin Excelsior Rome” otelində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə İtaliyada ikinci Azərbaycan Mətbəxi Festivalının təntənəli açılışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliya hökumətinin, parlamentinin nümayəndələri, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simaları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə diplomatik korpusun nümayəndələri iştirak ediblər.