MƏDƏNİYYƏT


Vyanada Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi açılıb

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli fırça ustası Səttar Bəhlulzadənin 110 illik yubileyi münasibətilə onun əsərlərindən ibarət sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxış edərək görkəmli rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, Səttar Bəhlulzadə fenomeni olmadan 20-ci əsr Azərbaycan rəngkarlığını təsəvvür etmək mümkün deyil. Zəngin rəng çalarlarına malik əsərləri ilə S.Bəhlulzadə dünyaca məşhur impressionistlərlə bir cərgədə dayanır və Azərbaycanda impressionizm cərəyanının mübaliğəsiz ən güclü nümayəndəsi hesab olunur.