Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarkovda Nəsiminin qəzəllər toplusu təqdim olunub

03.12.2019 [12:53]

Xəbərin mətni

Xarkov şəhərində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin İnformasiya və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şairin Ukraynada işıq üzü görmüş “И шляхом Истини постав я сам…” (“Haqq yolu mən özüm oldum”) kitabı (Dövlət Tərcümə Mərkəzi) ictimaiyyətə təqdim edilib.