MƏDƏNİYYƏT


Tokioda “Azərbaycan musiqisi və rəqsləri axşamı” keçirilib

Tokionun Yotsuya rayonunda yerləşən “Sun and Moon” (Günəş və Ay) studiyasında keçirilən “Azərbaycan musiqisi və rəqsləri axşamı” adlı konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, yapon sənətçilər tərəfindən təşkil edilən konsertdə şəhərin musiqisevərləri, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin fəalları iştirak ediblər.