Haluk Levent Bakıda xeyriyyə konserti keçirəcək
04.12.2019 [17:36]
Xəbərin mətni
Dekabrın 7-də Bakıda “iTicket.az”, “Nargis” Fondu, “A+A events” və “Elektra Events Hall” dəstəyi və ortaq təşkilatçılığı ilə Türkiyənin məşhur rok ifaçısı Halük Leventin solo konserti keçiriləcək.
“Nargis” Fondundan AZƏRTAC-a bildirilib ki, biletlərin satışından əldə olunan bütün gəlir limfoma xərçəngindən əziyyət çəkən Sura Nadirovanın müalicə xərclərinin qarşılanmasına yönləndiləcək.