MƏDƏNİYYƏT


Azərbaycan səfirliyi Praqada Beynəlxalq Milad Festivalında iştirak edib

Praqada Diplomatların Həyat yoldaşları Assosiasiyası tərəfindən Beynəlxalq Milad Festivalı təşkil edilib. Festival yerli televiziya kanalları ilə geniş işıqlandırılıb. Festival çərçivəsində Çexiyada akkreditə olunmuş müxtəlif səfirliklərin stendləri ilə yanaşı, Azərbaycan səfirliyinin stendi quraşdırılıb və ölkəmizə məxsus məhsullar, hədiyyələr, suvenirlər, Azərbaycan şirniyyatı, içkilər, habelə müxtəlif kitab və broşürlər xeyriyyə məqsədi ilə satışa çıxarılıb.