MƏDƏNİYYƏT


Madriddə İmadəddin Nəsiminin 650, Aşıq Veysəlin isə 125 illiyi qeyd olunub

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ədibin həyat və yaradıcılığına həsr olunmuş növbəti tədbir Madrid şəhərində yerləşən Kantabriya Mədəniyyət Mərkəzində keçirilib.
Tədbir Azərbaycan və Türkiyənin İspaniyadakı səfirliklərinin, Yunus Əmrə İnstitutunun, TÜRKSOY-un və Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır