SİYASƏT


Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov bu il ölkəmizdə diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümünün qeyd edildiyini diqqətə çatdırıb. Bu xüsusda orta əsrlər dövründən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti, sovet hakimiyyəti illəri və dövlət müstəqilliyimizin bərpasından sonra diplomatiyamızın keçdiyi tarixi inkişaf yolundan söz açan səfir xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın diplomatiya tarixindəki əvəzsiz xidmətlərindən geniş bəhs edib.