MƏDƏNİYYƏT


Vaşinqtonda amerikalı bəstəkarın Nəsiminin “Sığmazam” qəzəlinə bəstələdiyi musiqinin premyerası olub

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın dahi ədibi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib. Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının Sönməz Məşəl İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirə yerli ictimaiyyət, burada yaşayan Azərbaycan icmasının nümayəndələri, elm və incəsənət xadimləri iştirak ediblər.