Qazaxıstanın televiziya kanalında ölkəmizlə bağlı veriliş yayımlanıb
23.12.2019 [10:49]
Qazaxıstanın “Atameken BusinessTV” televiziya kanalında ölkəmizlə bağlı veriliş yayımlanıb. AZƏRTAC xəbər verir ki, “Sultanlar qürbətdə” adlı verilişdə Azərbaycan xalqının qonaqpərvərliyindən, mehriban dostluq münasibətlərindən bəhs olunub. Azərbaycan və Qazaxıstan dostluq münasibətlərinin, ortaq dəyərlərinin qeyd edildiyi verilişdə Azərbaycan mətbəxindən, ölkədə kiçik və orta sahibkarlığa dəstəkdən, turizmin inkişafından ətraflı danışılır.