MƏDƏNİYYƏT


Los-Ancelesdə Azərbaycanın mətbəx mədəniyyəti təqdim olunub

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan mətbəxinə həsr olunmuş geniş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə dəstəyi ilə reallaşıb. Tədbirdə 200-ə yaxın qonaq, o cümlədən müxtəlif xarici ölkələrin baş və fəxri konsulları, siyasi xadimlər, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icması fəalları, həmçinin dost türk, yəhudi, Pakistan, İran, Koreya Respublikası, Vyetnam və digər icmaların rəhbərləri iştirak ediblər.