Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri təşkil edib
25.12.2019 [15:23]
Xəbərin mətni
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, AMM-də keçirilən tədbirdə Daşkənd şəhəri, Daşkənd vilayətinin Buka və Sırdərya vilayətinin Gülüstan şəhərlərindən gələn 10 uşaq evinin 250-dək şagirdi və müəllimlər iştirak edib.