Bakıda 12 dərəcə isti olacaq
28.12.2019 [14:08]
Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 10-12° isti olacaq.