Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bayram günlərində hava necə olacaq?

30.12.2019 [17:59]

Yeni ilin ilk günlərində ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz olacaq.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva dekabrın 30-da keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dekabrın 30-dan 31-ə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI