MƏDƏNİYYƏT


Mənsum İbrahimov: Bəzən məni “Məcnun” deyə çağırırlar - Opera səhnəsindən REPORTAJ

Müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Xalq artisti Mənsum İbrahimov 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Mənsum İbrahimovun sözlərinə görə, bu rolu o qədər dərindən yaşayır ki, bəzən onu Məcnun deyə çağırırlar. Bu illər əzrində Leyli obrazında çıxış edən bir çox tərəf müqavilləri ilə bir səhnəni bölüşüb. Hazırda isə Leylini öz tələbəsi, Əməkdar artist Arzu Əliyeva canlandırır.