Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah ölkə ərazisində yağış yağacaq

08.01.2020 [14:12]

Bakıda və Abşeron yarımadasında yanvarın 9-da arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər saatlarında duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI