Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın 2 gündə hava necə olacaq?

11.01.2020 [12:47]

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Yanvarın 13-də Bakı və bölgələrdə yağış yağacaq, gündüz saatlarından etibarən yağıntının tədricən kəsiləcəyi ehtimal olunur. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun əməkdaşı Gülçin Sadıxova müsahibəsində deyib.