SİYASƏT


Kiyevdə səfərdə olan Azərbaycan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasında iştirak etmək üçün Kiyevə səfərə gələn Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri - Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və digər rəsmilər abidənin önünə çiçəklər düzərək, Ulu Öndərin xatirəsini yad ediblər.