İQTİSADİYYAT


Qida məhsulları, içki və tütün məmulatları sahələrində 1,2 milyard manatlıq məhsul istehsal olunub

Ötən il qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1 milyard 196,5 milyon manat dəyərində məhsul istehsal edilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, 2018-ci illə müqayisədə tütün məmulatlarının istehsalında 2,2 dəfə, içki istehsalında 37,3 faiz, qida məhsullarının istehsalında isə 25,8 faiz artım müşahidə edilib.