Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan məhsulları Polşadakı regional yarmarkada nümayiş olunur

04.02.2020 [18:14]

Xəbərin mətni

Azərbaycan məhsulları Polşanın paytaxtı Varşavada keçirilən ənənəvi “Regional ərzaq yarmarkası”nda nümayiş edilir.
AZƏRTAC xəbər verir ki, paytaxtın ən böyük ticarət mərkəzlərindən birində təşkil olunmuş yarmarka fevralın 8-dək davam edəcək. Burada Polşa ilə yanaşı, Azərbaycan, Macarıstan, Yunanıstan, İtaliya və Suriyadan gətirilən ərzaq məhsulları, şirniyyatlar, milli mətbəx nümunələri nümayiş olunur.