İQTİSADİYYAT


Bəhramtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması bu il yekunlaşacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Bəhramtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla və yüksək sürətlə davam etdirilir. Respublika əhəmiyyətli Bəhramtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 kilometrdir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.