Dünya bu görüntüdən danışır: Şir balasını bəsləyən meymun
05.02.2020 [16:50]
Hadisə Cənubi Afrikadakı Kruger Milli Parkında qeydə alınıb. AZƏRTAC Associated Press-ə istinadən bildirir ki, park işçiləri ağacda balaca şiri bəsləyən baboon meymununu görüblər. Ancaq onları təəccübləndirən budur ki, baboon aslan balasını öz körpələrindən biri kimi ağacdan-ağaca tullanaraq aparır, ona qulluq edir. Parkın əməkdaşları belə hadisə ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər və görüntüləri sosial şəbəkələrdə yayınlayıblar.