İQTİSADİYYAT


İdxaldan asılılıq azaldılır, ixrac potensialı artırılır, milli tekstil brendləri yaradılır - “Mingəçevir Tekstil”dən REPORTAJ

İki il əvvəl Mingəçevir şəhərində yaradılan Mingəçevir Sənaye Parkındakı “Mingəçevir Tekstil” MMC ölkəmizdə yüngül sənayenin inkişafına hesablanıb. Burada istehsal olunan ipliklərin Open End və Ring növlərinə dünyada böyük tələbat var. Qısa bir zamanda istehsal edilən yüksəkkeyfiyyətli pambıq ipliklərin xarici bazarlara ixracına başlanılıb. 2018-ci ildə istehsala başlayan müəssisədə elə həmin il 4 min tona yaxın - təqribən 16 milyon manatlıq keyfiyyətli məhsul istehsal olunub ki, bunun da 13 milyon manat dəyərində olan 3 min tonu, yəni təqribən 80 faizindən çoxu ixrac edilib. Ümumilikdə, iki il ərzində Mingəçevir Sənaye Parkının daxili və xarici bazarlara satış həcmi 63.420,929 manat təşkil edib.