İQTİSADİYYAT


Qəbələdə 28 kilometrlik avtomobil yolu yenidən qurulur

Qəbələ rayonunda uzunluğu 28 kilometr olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən yol ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun davamı hesab olunur. Agentlik tərəfindən IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Əmirvan-Vəndam yolunun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək. Hazırda yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılır.