Pakistanlı jurnalistlər: AZƏRTAC-ın xəbərlərindən daim geniş istifadə edirik
06.02.2020 [20:04]
Xəbərin mətni
Pakistanın Azərbaycana səfər edən bir sıra media qurumunun nümayəndələri AZƏRTAC-da olublar.
Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Azərbaycan və Pakistan arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərindən danışılıb, iki ölkə xalqlarının daha da yaxınlaşmasında mətbuatın rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən inkişaf etdirilir və daha da zənginləşdirilir.