Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıya iritutumlu müasir avtobuslar gətirilib

07.02.2020 [15:31]

Xəbərin mətni

Prezident İlham Əliyevin “Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında” 2019-cu il 28 noyabr tarixli Sərəncamının icrası çərçivəsində Şamaxıya Türkiyə istehsalı olan yeni, müasir standartlara cavab verən iritutumlu avtobuslar gətirilib.
AZƏRTAC xəbər verir ki, şəhərdaxili sərnişindaşıma üçün nəzərdə tutulan avtobuslar 27 oturacaqlı olmaqla, 64 sərnişin tutumuna malikdir. Avtobuslar hər gün səhər saat 07:00-dan axşam 19:00-dək şəhər daxilində 9 istiqamət üzrə hərəkət edəcək.