CƏMİYYƏT


Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam etdirilir

Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam etdirilir. Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir. Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular da atılacaq. Növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək. Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək. Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub. Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır