İQTİSADİYYAT


“Qubaekoaqrar” MMC-nin zavodunda istehsal olunan məhsullar ABŞ-a ixrac ediləcək REPORTAJ

Zavodun məhsulları Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreyada təşkil olunan beynəlxalq sərgilərdə nümayiş etdirilib və yüksək rəğbətlə qarşılanıb. Emal edilən məhsulların bir hissəsinin Amerika Birləşmiş Ştatlarına ixracı da planlaşdırılır. Zavodda istehsal olunan kompotlardan dörd çeşidinin bu ölkəyə göndərilməsi üçün razılıq əldə edilib. İstehsal olunan məhsullar xarici bazarlara “Made in Azerbaijan” brendi ilə çıxarılır.