Sabah qar yağacaq, yollar buz bağlayacaq
09.02.2020 [14:53]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacaq.