CƏMİYYƏT


Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması bu il yekunlaşacaq

Altmış səkkiz min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması il ərzində yekunlaşacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır