CƏMİYYƏT


Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin müayinəsinin nəticələri açıqlandı

Azərbaycanda koronavirusa görə xəstəxanaya yerləşdirilən şəxslərin bir qrupunun müayinəsinin nəticələri açıqlanıb.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb. Məlumata görə, testlərin cavabları mənfi olub, yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb.