CƏMİYYƏT


Bakıda 11 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-11, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti olacaq.