Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda müzakirələr aparılır

13.02.2020 [15:52]

Xəbərin mətni

Fevralın 13-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük beynəlxalq konfransın açılış mərasimi keçirilib.