Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət - Göyçay DAİM-dən VIDEOREPORTAJ

14.02.2020 [12:48]

Xəbərin mətni

Azərbaycanda Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) formalaşdırılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.