CƏMİYYƏT


Paytaxtda 10 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1-4°, gündüz 7-10° isti olacaq.