Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hava yağmursuz keçəcək

17.02.2020 [13:43]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI