İQTİSADİYYAT


Kənd və qəsəbələrin qazlaşdırılması davam edir

Ölkəmizdə rayon və kəndlərin qazlaşdırılması layihələri uğurla icra olunur. Bölgələrin “mavi yanacaq”la təminatı ilə yanaşı, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində də genişmiqyaslı işlər görülür. Beləliklə, qazlaşdırmanın səviyyəsi ölkə üzrə 96 faizə çatdırılıb. Bu isə dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
AZƏRTAC xəbər verir ki, respublikamızın çətin relyefdə yerləşən kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində aparılan tədbirlər sürətlə davam etdirilir. Ən ucqar ərazilərə qaz xətləri çəkilir, əhalinin “mavi yanacaq”dan istifadəsi üçün lazımi tədbirlər görülür.