İQTİSADİYYAT


USAID və KOBİA peşəkar assosiasiyalara dəstək üçün yeni təşəbbüslə çıxış ediblər

Fevralın 18-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və Kiçik və Orta Biznesin İnkişafi Agentliyi (KOBIA) ölkəmizdə “Biznes və peşəkar assosiasiyalara dəstək” adlı yeni təşəbbüsün başlanması ilə bağlı tərəfdaşlıq sammiti keçiriblər. Sammitdə yüzdən çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və hökumət nümayəndələri iştirak ediblər.