Kürdəmir-Zərdab yolunun yenidən qurulması ilin sonunadək yekunlaşacaq
18.02.2020 [16:52]
Xəbərin mətni
Respublika əhəmiyyətli Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 53-cü kilometrindən ayrılan 42 kilometr uzunluğa malik Zərdab avtomobil yolunun yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 35 min əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir.