İQTİSADİYYAT


Ölkədə taxıl və digər dənli bitkilərin istehsalı artacaq - “Qlobal Aqro” MMC-nin aqroparkından REPORTAJ

Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mexanizmlərini də üzə çıxarır. Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Ölkəmizdə yeni yaradılan aqroparklardan biri də toxumçuluq üzrə ixtisaslaşmış “Qlobal Aqro” MMC-nin aqroparkıdır.