Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah duman, çiskin olacaq

22.02.2020 [14:36]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 8-11° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti olacaq. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI