MƏDƏNİYYƏT


Berlində Azərbaycanın Xalq rəssamının Xocalıya həsr olunmuş əsərlərinin sərgisi təşkil edilib

Almaniyanın Berlin şəhərində Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunmuş əsərlərinin sərgisi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərgi Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlindəki Azərbaycan evində baş tutub. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, eləcə də Ümumavropa Qarabağ mitinqində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Berlinə gəlmiş yüzlərlə soydaşımız iştirak ediblər.