CƏMİYYƏT


Nərgiz Fondu Xocalı faciəsinin canlı şahidi olan ana və qızı haqqında video yayımlayıb

28 il öncə fevralın 25-dən 26-a keçən gecə Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olub. Xalqımız tarixi torpaqlarından qovulub qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Bəşəriyyətə qarşı yönəlmiş bu faciənin canlı şahidlərindən biri Xocalı sakini Zəminə Nəsibovadır. Xocalı soyqırımı zamanı eşitmə qabiliyyətini itirən və illərlə övladlarının səsini eşitməyə möhtac qalan Zəminə xanım və anasının acı xatirələrini sizlərlə bölüşürük. “Nargis” Fund olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə anır, Allahdan onlara rəhmət diləyirik!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır