İQTİSADİYYAT


Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində “AgroHackathon 2020” müsabiqəsi keçiriləcək

Fevralın 29-dan martın 2-dək Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzi və Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müasir istixana kompleksinin daxilində “AgroHackathon 2020” müsabiqəsi keçiriləcək. Müsabiqənin texniki tərəfdaşı “Microsoft” şirkətidir. “Hakaton” 24-72 saat müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllin tapılması və ya hazırlanması müsabiqəsidir.