İQTİSADİYYAT


Qax Damazlıq İpəkçilik Stansiyasında 146 kiloqram elit və hibrid ipəkqurdu toxumu istehsal olunub

Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında ötən ildən etibarən tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir. 2019-cu ildə müəssisədə 146 kiloqram (5034 qutu) sağlam ipəkqurdu toxumu istehsal olunub. Hazırlanan toxum builki mövsümdə kümçülərə paylanılacaq.