İQTİSADİYYAT


Hacıqabul Sənaye Məhəlləsində dörd müəssisə sınaq müddətində fəaliyyətə başlayıb

Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalı, ağır maşınqayırma, kompozit materialların istehsalı və xüsusi vaqonqayırma, həmçinin plastik su qabları, tara, polietilen kisələr, tikinti materialları istehsalı üçün avadanlıqlar, maye, yarpaq və gel gübrələr, balıq yemi, plastik qab, bioprotein yem və gübrələr istehsalı kimi sahələr fəaliyyət göstərəcək. İndiyədək buraya sahibkarlar tərəfindən 11 milyon manata yaxın investisiya qoyulub. Ümumilikdə, bütün layihələr fəaliyyətə başladıqdan sonra sahibkarlar tərəfindən 60 milyon manatdan çox investisiya qoyuluşu və 900-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.